M.Ferstappen: “Sizə kəllə ataram”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, qəzaları ilə bağlı bütün suallardan bezib.

F-1.az xatırladır ki, hollandiyalı sürücü bu il bütün yarış həftəsonlarında ya qəza edib, ya yerində fırlanıb, ya da hər hansı bir rəqibi ilə təmas yaşayıb.

Maks Ferstappen: “Stilimi dəyişmək barədə verilən suallardan bezdim. Bunu etməyəcəm. Çünki bu tərzimə görə buradayam. Belə danışanlara qulaq asmıram. Öz işimlə məşğulam. Düzdür, işlər istədiyim kimi getmir. Bir neçə səhvim olsa da, bu barədə danışmaq yersizdir. Çünki yorulmuşam. Elə bil verməyə başqa sual yoxdur və ancaq keçən yarış barədə soruşurlar. Gələcəyə fokuslanmışam və işləri tərsinə çevirəcəm. Tempim var. Yavaş olsaydım, əsl problem bu olardı. Növbəti dəfə belə sual verilsə, kəllə atacam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*