M.Ferstappen: “Rusiya bizim üçün əlverişli deyil”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Soçi trası onlar üçün əlverişli olmadığı üçün geridə qalırlar.

F-1.az xatırladır ki, Ferstappen ikinci sessiyanın sonunda benzin təzyiqi ilə əlaqədar problem yaşayaraq, dayansa da, 5-ci ola bilib.

Maks Ferstappen
: “Bu tras bizim üçün əlverişli deyil. Uzun düzlükləri var və buna görə də öndəki rəqiblərimizlə mübarizə aparmaqda çətinlik çəkirik. Heyif ki, yaşadığım problemə görə yarış tempində işləyə bilmədim. Amma əlimizdən heç nə gəlmir. Lakin Daniel üçün hər şey yaxşı getdi və onun əldə etdiyi məlumatlar hesabına bazar gününə hazırlaşa bilərik. Çətin olacaq, amma məqsədimiz podium uğrunda mübarizə aparmaqdır. Bundan yaxşısı mümkün deyil”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*