M.Ferstappen: “Rikkardonun qərarını anlamadım”

F-1.az bildirir ki, Maks ölkəsində dərc olunan Formule1 jurnalına verdiyi müsahibədə sabiq komanda yoldaşı Daniel Rikkardonun Red Bull-dan getməsinin onun üçün gözlənilməz olduğunu bildirib.

Maks Ferstappen: “Danielin qərarını başa düşmədim – komandada heç kim başa düşmədi. Amma bu barədə onunla danışmamışam, çünki mənim problemim deyil. Onun nəyə görə Renault-ya getməyə qərar verməsi vecimə də deyil. Bəlkə də, gələcəkdə nələr baş verə biləcəyini əvvəlcədən gördü.

Komanda onun əvəzinə sürücü axtaranda, mənimlə məsləhətləşmədi. Düzdür, hə, ya da yox demərəm, amma rəhbərliyə nəyin yaxşı işləyəcəyi, nəyin isə pis olacağı barədə fikirlərimi bildirə bilərəm. Heç kimin adını çəkmək istəmirəm, amma Pyer Qaslinin gəlməyinə sevindim. Yaxşı və sürətli oğlandır. Amma mən heç bir komanda yoldaşından çəkinmirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*