M.Ferstappen Rikkardonun qalmasını istəyir

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Daniel Rikkardonun komandada qalmasını istəyir.

F-1.az xatırladır ki, avstraliyalı sürücünün komandası ilə müqaviləsi bu ilin sonunda başa çatacaq və 28 yaşlı sürücü müqaviləsini yeniləməyə tələsmir.

Maks Ferstappen: “Daniellə bir-birimizə hörmət edirik. Sözün açığı, karyeram ərzində heç bir komanda yoldaşımla bu qədər yaxşı anlaşmamışam. Trasda bir-birimizlə sərt mübarizə aparsaq da, trasdan kənarda yaxşı yola gedirik. Rikkardo əyləncəli adamdır və onunla eyni komandada olduğum üçün xoşbəxtəm. Təbii ki, çempionluq uğrunda mübarizə aparsaq, münasibətimiz sərtləşəcək. Amma əminəm ki, bir-birimizə hörmət etməyə davam edəcəyik. Birimiz sürətli olanda ikimiz də bunu qəbul edə bilirik. Yarışdan sonra bir-birimizi təbrik edirik. Bu çox vacibdir. Ümid edirəm ki, komandada qalar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*