M.Ferstappen: “Rəqiblərimizdən geridəyik”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Red Bull hazırda Ferrari və Mercedes səviyyəsində deyil və görməli çox işləri var.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Britaniyada cümə sərbəst yürüşlərində yaxşı performans göstərərək, lider Bottasdan 0.6 saniyə geridə qalıb.

Maks Ferstappen: “Qarışıq gün idi. Burda Ferrari və Mercedes-lə eyni səviyyədə deyilik. Onlardan geridəyik. Xüsusən də, ikinci sessiyada bolidin balansından narazı idim. Hazırda çox iş görməliyik. Mühərrik cəhətdən geridə olduğumuz üçün tempimiz zəifdir. Buna görə də sürətli olmaq üçün başqa yollar tapmalıyıq. Burada bir pit-stop etmək çətin məsələdir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*