22 Noyabr 2017, Çərşənbə - 16:53

M.Ferstappen: “Renault sözünü tutmadı”

M.Ferstappen: “Renault sözünü tutmadı”

Müəllif: Rauf Hacıyev, redaktor

12:13 - 15 İyun, 2017

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Renault mövsümün əvvəlində mühərriyə yenilik gətirəcəyini söz versə də, bunu yerinə yetirməyib.

F-1.az xatırladır ki, “qırmızı öküzlər” 2017-ci ilin ən böyük favoritlərindən sayılsalar da, sürət cəhətdən Ferrari və Mercedes-ə çox uduzmuşdular. Red Bull komandası bu il 4 dəfə podiuma yüksəlib və 5 (4-ü etibarlılıq problemi) yarışda 1 sürücüsü yarışı tamamlaya bilməyib.

Maks Ferstappen 2-si etibarlılıq problemi olmaqla 3 dəfə mübarizəni vaxtından əvvəl dayandırıb. Renault Sport-un rəhbəri Siril Abitebul bildirmişdi ki, bu mövsüm mühərriklə bağlı yeniliklər etməyəcəklər.

Maks Ferstappen: “Bolidimiz artıq yaxşı vəziyyətdədir. İndi isə mühərriklə bağlı yeniliklər lazımdır. Amma bildiyiniz kimi bu il heç bir yenilik olmayacaq və məni narahat edən də budur. Renault bizə söz vermişdi. 2017-ci ildə çox yenilik ala bilmədik və bu məyusedicidir. Gələn il üçün də narahatam. Qalib gəlmək istəyirəm. Bu il çempionluq uğrunda mübarizə aparmaq istəyirdik, lakin, bu hədəfdən çox uzaqdayıq. Belə olmamalı idi. İşləməliyik.

Yarışı bitirmək üçün hər şey işləməlidir. Hər şey boliddən asılıdır. Keçmişdə kartinqlə məşğul olanda da bu cür hallarla rastlaşmışdım, ancaq komandaya əsəbiləşmək doğru deyil. Bilirlər ki, mübarizəni dayandırmaqdan xoşum gəlmir. Məndən üzr istədilər. Komandaya qışqırmağın mənası yoxdur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 9. 703
Teqlər , , , ,
Paylaş

logo