12 Dekabr 2018, Çərşənbə - 04:44

M.Ferstappen: “Renault geridə qalır”

M.Ferstappen: “Renault geridə qalır”

Müəllif: Rauf Hacıyev, redaktor

16:14 - 10 Avqust, 2018

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Renault mühərrikləri inkişaf tempində 2 yarış geridədirlər.

F-1.az xatırladır ki, Red Bull komandası bu il 3 yarış qazansa da, sürücülər 5 dəfə mühərrik probleminə görə yarışı bitirə bilməyiblər.

Maks Ferstappen: “Renault yeni detallar olanda bizə də verir, amma əsas diqqəti öz komandasına yönləndir və bu, bizim üçün yaxşı hal deyil. Gələn il Honda-ya keçirik. Necə işləyəcəyini bilmirik, amma burada işlər belə gedir. Bunu bilirik və qəbul edirik. Bolidimizi inkişaf etdirəcəyik. Şassi cəhətdən Ferrari və Mercedes-dən güclüyük və onlar inkişaf etməlidirlər.

Avstriyada öz fanatlarımın önündə və Red Bull-un ev trasında qələbə qazanmaq inanılmaz idi. Amma çempionatda üçüncü yerdə olduğumuz üçün şənlik etməyin yeri yox idi.

Formula1-ə yarışlar qazanmaq üçün gəlmişəm. 50-60 yarış qazanmaq üçün buradayam”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 129
Teqlər ,
Paylaş

logo