M.Ferstappen Red Bull-un yarış tempinə görə ümidlidir

Gənc hollandiyalı cümə günü komanda yoldaşından geri qalsa da, bolidin sürətinin yaxşı olduğunu düşünür.

F-1.az xatırladır ki, sərbəst yürüşlərin ikinci sessiyasında Red Bull sürücülərindən Daniel Rikkardo Rosberqə cəmi 0.194 saniyə uduzaraq ikinci olmuş, Ferstappen isə 0.9 saniyə fərqlə 5-ci yeri tutmuşdu.

Maks Ferstappen: “Birinci və ikinci sessiyalarda fərqli sazlanmalarla trasa çıxdım. Düzgün sazlanmanı tapsam da, həm yarış simulyasiyasında, həm də sürətli dövrələrdə nəticələrimizi bir qədər də düzəltməliyik. Sıralanma turunda daha yaxşı nəticə göstərəcəyimizə əminik. Sürətli dövrələrdə yaxşıyıq, amma lap yaxşı nəticə göstərməkdə bir qədər çətinlik çəkdim. SuperSoft təkərlər tez aşındı və mən vaxt itirdim. Yarışda daha sürətli olacağımızı gözləyirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*