20 Oktyabr 2017, Cümə - 05:35

M.Ferstappen Red Bull-a təriflər yağdırıb

M.Ferstappen Red Bull-a təriflər yağdırıb

Müəllif: Rauf Hacıyev, redaktor

10:14 - 14 May, 2017

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, sonuncu yeniliklərdən sonra komandası ön qrupa yaxınlaşıb.

F-1.az xatırladır ki, Red Bull Rusiyada sıralanma turunda liderdən 1.5 saniyə geri qalsa da, İspaniyada bu fərq 0.6 saniyəyə qədər düşüb.

Maks Ferstappen: “Bolid əla getdi və gözəl nəticə əldə etdik. Sərbəst yürüşlərdən sonra sıralanma turu üçün bəzi dəyişikliklər etdik və bunların işə yaramasına görə sevincliyəm. Sıralanmada 5-ciyik, amma zaman nəticələrinə baxanda qətiliklə deyə bilərəm ki, inkişaf etmişik. Rusiyadakı sıralanma turunda lider Fetteldən 1.5 saniyə geridə idik, amma indi ön qrupa təxminən 1 saniyə yaxınlaşmışıq. Yarışda əlimizdən gələni edərək, öndəkilərin səhv etməsini gözləməliyik.

Məncə, bolidin balansı doğrudan da yaxşı idi. İndi bolidə daha çox asfaltayatma qüvvəsi əlavə etməliyik. Son sektora baxsanız, görərsiniz ki, ən sürətli 3-cü sürücüyəm və bu da doğru yolda olduğumuzu göstərir.

Yavaş bolidi sürətli etmək və fərqi bağlamaq asandır. Nəticədə 1.5 saniyədə çox şey tapa bilərsiniz. Amma fərq artıq 0.6 saniyədir. İndi bu fərqi aradan qaldırmaq daha çətin olacaq, amma işləyirik. Qalan hər şey mühərrikdən asılıdır. Mercedes sıralanma turunda xüsusi bir şey edir. Biz bunu edə bilmirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 178
Teqlər , , ,
Paylaş

logo