M.Ferstappen reallıqları qəbul edib

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, hazırda ən sürətli 3-cü komanda olduqlarını qəbul edib.

F-1.az xatırladır ki, “qırmızı öküzlər” bu mövsüm qələbə uğrunda mübarizə apara bilməsələr də, 4 dəfə podiuma yüksəliblər. Avstriyalılar hazırda lider Mercedes-dən 110 xal geridə qalırlar.

Maks Ferstappen: “Mövsümün əvvəlində hədəfimizin nə olduğunu bilmirdik, çünki bolidin vəziyyəti müəmmalı idi. Test edib bir neçə yarış keçirdikdən sonra harada olduğunuzu anlayarsınız və biz indiyə kimi ən sürətli üçüncü komanda olduq. Buna görə də yeganə məqsədimiz öndəkilərə çatmaqdır. İndiyə qədər planlaşdırmadığımız hadisələr baş verdi. Belə olmasını istəməzdik. Amma maksimumu almalıyıq. Davamlı olaraq inkişaf edirik və müsbətyönlü düşünürəm. Görək mövsümün sonunda fərqi bağlaya bilirikmi? Hazırda çox işləməliyik. Hər yarış yenilik gətiririk və bu bizi öndəkilərə yaxınlaşdırır. Belə davam etməliyik. İşimiz çətin olsa da, ən yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*