M.Ferstappen Peresə cavab verib

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Serxio Peresin sözləri reallığı əks etdirmir.

F-1.az xəbər vermişdi ki, Peres Mercedes mühərriklərinin əvvəlki kimi üstün olmadığını və Renault ilə Ferrari mühərriklərinin almanlara çatdığını deyib.

Maks Ferstappen: “Renault çox işləsə də, istənilən səviyyədə deyil. Hazırda öndəki rəqiblərimizlə mübarizə aparacaq gücdə deyilik. Buna görə də tam gücümüzlə işləyərək bu geriliyi aradan qaldırmağa çalışırıq. Növbəti yarışlarda həm biz, həm də Renault yeniliklər edəcək və bunun hesabına rəqabətədavamlı olacağımıza inanırıq. Ümid edirəm ki, hər şey istədiyimiz kimi gedər. Mercedes-in bolidində bir düymə var və ona basdıqları zaman birdən fərqi artırırlar. Təbii ki, bundan yarışda çox istifadə edə bilmirlər, ancaq sıralanma tempində çox sürətlidirlər və onlara çatmaq üçün çox işləməliyik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*