19 Noyabr 2017, Bazar - 01:29

M.Ferstappen özünü favorit saymır

M.Ferstappen özünü favorit saymır

Müəllif: Rauf Hacıyev, redaktor

06:15 - 11 Noyabr, 2017

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Braziliyada güclü həftəsonu keçirtmək istəyirlər.

F-1.az xatırladır ki, Ferstappen son 4 yarışın 3-də podiuma yüksələ bilib.

Maks Ferstappen: “Braziliyaya qayıtdığımız üçün xoşbəxtəm. Burada yarışmağı xoşlayıram. Keçən il gözəl performans göstərmişdim, amma o geridə qaldı və yeni yarışa hazırlaşırıq.

Son 4 yarışda ən sürətli biz idik və Braziliyada da rəqabətədavamlı olmağı gözləyirik. Özümü favorit kimi görmürəm. Ferrari və Mercedes daha güclü olacaqlar. Məqsədimiz maksimum xal toplamaqdır. Əsas məqsəd isə podiuma yüksəlmək olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 641
Teqlər , , ,
Paylaş

logo