17 Dekabr 2018, Bazar ertəsi - 11:32

M.Ferstappen: “Özümü qalib kimi hiss edirəm!”

M.Ferstappen: “Özümü qalib kimi hiss edirəm!”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:55 - 15 Sentyabr, 2018

Maks Ferstappen bir daha Red Bull maşınında aerodinamikanın ən effektiv olduğunu sübut edib – Ədrian Nyuinin şedevri küçə trasında motorun güc çatışmazlığını kompensə edir.

F-1.az xatırladır ki, bu gün Sinqapurda hollandiyalı sürücü poula əsas namizəd olan Ferrari sürücülərinin hər ikisini qabaqlayaraq, yalnız Lyuis Həmiltona uduzub…

Maks Ferstappen: “Düzünü desəm, özümü elə hiss edirəm ki, sanki qələbə qələbə qazanmışam! Dünəndən bizi problemlər təqib edirdi, hətta sıralanma turuna da problemlərlə başladıq – mühərrik hamar çalışmırdı, fırlanma momenti stabil deyildi, ona görə də bu nəticə bizim maşınımızın nə dərəcədə güclü olmasını sübut edir!

Əlbəttə, sabah mənim yaxşı şansım olacaq, sadəcə starta çətinliklərdən və problemlərdən uzaq olmaq lazımdır, sonra isə istənilən ssenariyə hazır olmalıyıq. Amma əvvəlcə mühərrik problemini həll etməliyik, maşının davranışından isə çox razıyam!”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 343
Teqlər
Paylaş

logo