24 Noyabr 2017, Cümə - 09:42

M.Ferstappen Ostində niyə cəzalandırılmışdı? (video)

M.Ferstappen Ostində niyə cəzalandırılmışdı? (video)

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:18 - 24 Oktyabr, 2017

ABŞ Qran Prisinin son dövrəsində Kimi Rəykköneni qabaqlayan Maks Ferstappen finiş xəttini 3-cü yerdə keçmişdi. Reqlamentə uyğun olaraq, hollandiyalı sürücü artıq podium mərasiminə hazırlaşırdı, amma bu zaman FİA-nın F1-də mətbuat nümayəndəsi Matteo Bonçiani otağa daxil olaraq sürücünün 5 saniyəlik cərimə aldığını bildirdi – stüardlar Kimini 3-cü yerə qaytarmışdılar…

F-1.az xatırladır ki, Maksın və onun atasının baş verənlərə reaksiyası özünü çox gözlətməmiş və çox emosional olmuşdu. Maks stüardların qərarını “axmaq və idman üçün təhlükəli” adlandırmışdı, Yos isə FİA-nı Ferrari-nin mənafeyinə xidmət edən qurum adlandıraraq, Çarli Uaytinqi istefaya səsləmişdi.

Ənənəvi olaraq, Formula1 ictimaiyyəti iki düşərgəyə bölünmüşdü – birinci tərəf, qaydaları üstün tutaraq, rəqiblə mübarizə zamanı dörd təkərlə trasdan kənara çıxmaqla üstünlük qazanan sürücünün dərhal mövqeyini geri qaytarmasını dətəkləyirdi, əks halda cərimə qaçılmaz olurdu, digər tərəf isə, həftəsonu ərzində həmin yerdə bir çox sürücünün trasdan çıxdığını əsas gətirərək, yalnız məhz Maksın cərimə olunmağını düzgün saymırdı.

Stüardlar insidenti araşdırmazdan öncə əllərində olan bütün kameralardan görüntülərə baxmışdılar, tamaşaçılar isə yalnız efirdə göstərilən kadrlara görə fikir bildirmişdilər. Stüardlar Ferstappenin maşınında quraşdırılmış kameradan görmüşdülər ki, Maks Kiminin sağına girərkən, finlandiyalı sürücü ona kifayət qədər yer saxlamışdı – yəni ən azı iki təkəri trasda saxlamaqla qırmızı maşına paralel hərəkət etmək olardı. Amma hollandiyalı sürücü döngəni düz xəttə çevirərək, sadəcə döngəyə girməyərək dörd təkərlə trasdan çıxmış və sonra sadəcə trasa çıxmışdı, yəni qayıtmamışdı.

Elation to confusion to despair . #F1 #Formula1 #USGP #Verstappen #MaxVerstappen

A post shared by FORMULA 1® (@f1) on

FİA-nın yarış direktoru Çarli Uaytinq bu gün stüardların məntiqi hərəkətlərini mətbuat üçün açıqlayıb…

Çarli Uaytinq: “Trasın bütün uzunluğu boyu onun hüdudlarından solda və sağda 3 metr enliyində asfalt zolağı var. 17-ci və 18-ci döngələrin daxili radiusunda hündürlüyü 25 mm olan porebrik quraşdırılıb ki, bu hissədə sürücülərin hərəkətini məhdudlaşdırır.

Bütün hallarda, yəni digər sürücülər bu sahədə trasdan kənara çıxdıqda, porebrik zonasından sonra trasa qayıtmalı olurdular və bu hissədə zaman itirirdilər. Amma Maks daha qısa yol seçərək dörd təkərlə trasdan kənara çxıdıqdan sonra dərhal porebrikin üzəri ilə trasa qayıtdı”.

Ostində mübahisəli insdentləri araşdıran stüardlar briqadasında keçmiş F1 sürücüsü Mika Salo çalışırdı. Mika təəssüflə bildirib ki, televiziya tamaşaçıları Ferstappenin maşınında quraşdırılan kameradan görüntüləri görməyiblər…

Mika Salo: “Təəssüf ki, yayım zamanı göstərilən kadrlar obyektiv olmağa əsas vermir. Amma Maks yalnız və yalnız trasdan tam çıxmaqla ötməni reallaşdıra bilmişdi, trasda qalmaqla bunu etmək mümkün olmazdı…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 11. 214
Teqlər , , , , , ,
Paylaş

logo