16 Dekabr 2017, Şənbə - 15:06

M.Ferstappen: “Mübarizə Rikkardo ilə olmasaydı, hər şey fərqli olardı”

M.Ferstappen: “Mübarizə Rikkardo ilə olmasaydı, hər şey fərqli olardı”

Müəllif: Rauf Hacıyev, redaktor

17:46 - 06 Oktyabr, 2016

Maks Ferstappen bildirib ki, Malayziyada mübarizə apardığı komanda yoldaşı Daniel Rikkardo olmasaydı, yarışın nəticəsi fərqli olardı.

F-1.az xatırladır ki, Malayziya yarışında Həmiltonun mühərriyi partlamamışdan əvvəl iki Red Bull sürücüsü təkər-təkərə mübarizə aparırdılar. Amma sürücülər bir-birilə təmas yaşamadılar…

Maks Ferstappen: “Altıncı döngəyə girdiyimizdə yanımda başqa sürücü olsaydı, o hücumu tamamlayardım. Ona döngəni geniş almağı məcbur edə bilərdim. Amma komanda yoldaşınıza bunu edə bilməzsiniz”.

Ferstappen bildirib ki, Red Bull-un komanda əmri tətbiq etməməsinə görə məmnun qalıblar: “Biz komandaya göstərdik ki, bunu hörmət çərçivəsində edə bilərik. Bu addım gələcək üçün güvən verir”.

Rikkardo da komanda yoldaşı ilə razıdır: “O an yarışırdıq. Mən düşünmədim ki, Maksın keçməsi üçün mənə əmr veriləcək. Bu mövzuda mesaj gözləmirdim. Buna görə də rahat idik.

Beşinci döngədə kameralardan çox yaxın görünə bilərik. Mən onda əmin idim ki, komanda ikimizin də yarışxarici qalmasına görə narahatdır. Ancaq əyləncəli idi və yarışmamıza icazə verilməsi xoş idi. Biz komandaya göstərdik ki, bu cür hallarda məntiqli davrana bilərik”.

Ferstappen ikinci dəfə qalib gəlmək şansını itirdiyi üçün məyus deyil: “Məyus deyiləm. Stəkanın dolu tərəfini görməlisiniz. Bütün həftəsonu ərzində çox güclü idik. Performansımız ortada idi. Son virtual təhlükəsizlik avtomobili rejimində bəxtimiz gətirmədi. Ancaq bu yarışdır və bəzən hər şey sizin lehinizə olmaz. Önümdə uzun illər var. Buna görə də hər hansı yarışdan şikayət etməməliyəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 108
Teqlər , , ,
Paylaş

logo