23 İyul 2018, Bazar ertəsi - 05:36

M.Ferstappen mövsümə qələbə ilə başlamaq istəyir

M.Ferstappen mövsümə qələbə ilə başlamaq istəyir

Müəllif: Rauf Hacıyev, redaktor

12:16 - 20 Mart, 2018

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Avstraliyada yaxşı nəticə almaq istəyir.

F-1.az xatırladır ki, gənc sürücü Avstraliya yarışında hələ də podiuma yüksələ bilməyib.

Maks Ferstappen: “Melburnu həmişə sevmişəm. Buranın havasını və insanlarını çox sevirəm. Avropaya nisbətən daha çılğın fanlar var. İndiyə kimi Sidney və Melburnda olmuşan. Amma ölkənin digər şəhərlərini də gəzib həzz almaq istəyirəm.

Albert Parkda ötmə etmək çox çətindir. Düzlüklər qısadır və düzlüklərdən əvvəlki döngələr 90 dərəcədir. Bu da izləməni çətinləşdirir. 11-ci və 12-ci döngələrdə sürmək həzz verir. Sıralanma turunda az yanacaqla tam güclə sürə bilirəm. Bu il yaxşı nəticə almaq istəyirik. Yaxşı test dövrü keçirdik. İlk yarışdan rəqabətədavamlı olmağa çalışacağıq. Yaxşı başlasaq, digər yarışlar üçün də əla əhval-ruhiyyəmiz olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 78
Teqlər , , ,
Paylaş

logo