M.Ferstappen: “Monakoda risk etmək olmaz”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Monako yarışına hazırlaşmaq digər yarışlara nisbətən fərqlidir.

F-1.az xatırladır ki, 18 yaşlı sürücü Formula1 karyerası ərzində iştirak etdiyi hər iki Monako yarışında damalı bayraq görə bilməyib.

Maks Ferstappen: “Monakoda sürərkən risk etmək şansınız olmur. Əgər rəqabətədavamlı olmaq istəyirsinizsə, başqa alternativiniz yoxdur. Mövsümə yaxşı başlamadıq və bolid haqqında çox şey öyrənməliyik. Bunları qısa müddət ərzində həll edərək, mübarizəyə qoşulmaq istəyirik. Monakoda düzgün sazlanmaları taparaq son həddə getmək vacibdir. Hər döngədə vaxt qazana və itirə bilərsiniz. Bir müddətdir ki, Monakoda yaşayıram və burada olmaqdan həzz alıram. Ümid edirəm ki, yaxşı nəticə alarıq. Buna çox ehtiyacımız var”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*