M.Ferstappen: “Mercedes-ə yaxınıq”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Mercedes və Ferrari-yə çox yaxındırlar.

F-1.az xatırladır ki, hollandiyalı sürücü birinci sərbəst yürüşlərdə lider Fetteldən 1.5 saniyə geri qalaraq, 6-cı olub.

Maks Ferstappen: “Gözəl sessiya idi. Rəqabətədavamlıyıq. Mercedes və Ferrari-yə çox yaxın görünürük. Burada quru havada belə gözəl nəticə qazana bilərik. Üçbaşlı mübarizə olacaq kimi görünür.

Rəqiblərimiz sıralanma turunda mühərrik rejimini dəyişərək, önə keçə bilərlər. Bəlkə də, Lyuislə Sebastyan çempionluq uğrunda mübarizə apardıqları üçün təmkinli davranacaqlar. Mən də bundan faydalanmağa çalışacam.

Qırmızı bayraqlara görə proqramı tamamlaya bilmədim, amma yarış tempində çox yaxşı görünürük. Hazırda Mercedes bir az sürətlidir. Bəlkə də, bazar günü havanın temperaturunun artması bizə kömək edəcək. Bunu sabah və bazar günü daha dəqiq görə bilərik.

Sessiya ərzində yağış davam etdi. Trasda çox su var idi və riskə getmək istəmədik. Boksda qalmaq daha yaxşı idi. Məncə, sabah bu günə nisbətən yaxşı olacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*