M.Ferstappen: “Maşının altlığı zədələnmişdi”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Sebastyan Fettel bolidi onun üstünə sürüb.

F-1.az xatırladır ki, Sebastyan Fettel 21 yaşlı rəqibinə “qaşıq” döngəsində hücum edərkən Ferstappenlə təmas yaşayıb və sonuncu yerə düşüb. Hollandiyalı sürücü isə yoluna davam edərək podiumun son pilləsinə yüksəlib.

Maks Ferstappen: “Mənə döngədə hücum etdi. Ona boşluq buraxsam da, mənim üstümə gəldi və tras xaricinə çıxdı. Məncə, Çin yarışındakı kimi oldu. Yerimdə fırlanmasam da, o, mənim üstümə sürdü. Bir az diqqətli yanaşa bilərdi”.

Ferstappen rəqibi Rəykkönenlə olan insidentdən də danışıb: “Cəza ilə razı deyiləm. Təkərləri kilidlədim. Şikananı kəsə bilərdim, amma mən tez dönmək istədim. O isə yoluna davam etmək istədi. Məni gözləyə bilərdi. Nəyə görə 5 saniyəlik cəza aldım anlamıram. Əslində, mənim altlığım zədələndi. Çox axmaq qərar idi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*