23 Noyabr 2017, Cümə axşamı - 11:38

M.Ferstappen: “Maşınımızda hələ çox yenilənmə olacaq…”

M.Ferstappen: “Maşınımızda hələ çox yenilənmə olacaq…”

Müəllif: Elçin Zodorov, redaktor

09:58 - 24 Fevral, 2016

Tarixin ən gənc sürücüsü Maks Ferstappen testlərin ikinci günü idarə etdiyi STR11-dən razı qaldığını bildirib.

F-1.az xatırladır ki, Maks testlərin 2-ci günündə nahardan əvvəl texniki problemlərə görə maşını trasda saxlamalı olmuşdu və beləliklə, günün ilk qırmızı bayraqları dalğalanmışdı. Lakin Toro Rosso komandası yaranmış problemi aradan qaldırıb və o, axşama qədər 121 dövrə vura bilib. Ən sürətli dövrəsi 1:26.539 olan pilot sonuncu yeri tutub.

Maks Ferstappen: “Martın əvvəli keçiriləcək 2-ci testlərdə bir çox yenilənmələrimiz olacaq. Biz güc qurğusunu dəyişdirdiyimizdən maşını hazırlamaq rahat olmadı. Bu, bizim çox vaxtımızı aldı. Hələ də istehsalı davam edən hissələr var. Hamısını ilk testlərə çatdıra bilmədik. Bu gün kifayət qədər dövrə vura bildik. Nəticə daha yaxşı ola bilərdi, amma demək olar ki, hər şey qaydasında getdi…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 239
Teqlər , , , ,
Paylaş

logo