M.Ferstappen Lorenso Bandini mükafatına layiq görülüb

Maks keçən bazar günü İtaliyada hər il verilən nüfuzlu mükafatı alıb.

F-1.az xəbər verir ki, Maksın bu mükafatı alacağı iyun ayında açıqlanmışdı. 2015-ci ildə Formula1-də 17 yaşında debüt edən sürücü iki dəfə 4-cü olmuş və mövsümü 49 xalla yekunlaşdırmışdı. Onun belə çıxışı bu il mükafata layiq görülməsinə kifayət edib.

Maks Ferstappen: “Bu mükafatı qazandığım üçün qürur duyuram. Hazırda böyük bir komandanın tərkibində yarışıram və qələbə qazanmaq üçün olan istəyim dəyişməyib”.

Qeyd edək ki, mükafat 1967-ci ildə Monako Qran Prisində qəzada yanaraq həlak olan Lorenso Bandinin ölümünün 25 illiyi şərəfinə 1992-ci ildə təsis olunub və ilin sonunda sürücünün doğulduğu şəhərin əhalisi arasında keçirilmiş səsvermənin nəticələrinə görə təqdim olunur. Mükafat 1995-ci ildən etibarən mütəmadi olaraq hər il verilir.

İl Mükafatın sahibi
2016 Maks Ferstappen
2015 Mercedes AMG
2014 Daniel Rikkardo
2013 Pyero Ferrari
2012 Bruno Senna
2011 Niko Rosberq
2010 Lyuis Həmilton
2009 Sebastyan Fettel
2008 Robert Kubitsa
2007 Felipe Massa
2006 Mark Uebber
2005 Fernando Alonso
2004 Kimi Rəykkönen
2003 Mixael Şumaxer
2002 Xuan Pablo Montoya
2001 Censon Batton
2000 Yarno Trulli
1999 Aleksander Vürs
1998 Cankarlo Fizikella
1997 Luka di Montedzemolo
1996 Jak Vilnöv
1995 Devid Kulthard
1992 İvan Kapelli
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*