22 Oktyabr 2018, Bazar ertəsi - 11:50

M.Ferstappen: “Komanda düzgün taktika tətbiq etdi”

M.Ferstappen: “Komanda düzgün taktika tətbiq etdi”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:55 - 16 Sentyabr, 2018

Sinqapurda finiş xəttini ikinci keçən Maks Ferstappen hesab edir ki, uğurun əsas səbəbi komandanın düzgün taktiki seçimidir.

F-1.az xatırladır ki, yarışın startında mövqeyini Fettelə uduzan hollandiyalı sürücü pit-stopdan sonra yerini qaytara bilib…

Maks Ferstappen: “Hər şey əla keçdi! Təəssüf ki, birinci dövrədən başa düşdük ki, bizə maksimal sürət çatmır, amma komanda düzgün taktika tətbiq etdi və biz ikinci yerimizi qaytara bildik.

Ümumən yarışı özümüzə uyğun qurduq, Lyuisdən çox geri qalmamağa çalışdım, bu gün bizim üçün əsas finişə çatmaq idi.

Pit-stopdan sonra, daha doğrusu, pit-leynin çıxışında ötürmələr qutusu nasaz işləməyə başladı. Bundan əvvəl Təhlükəsizlik Maşınının arxasında da qutu ilə bağlı problemlər yaşadım – öz-özünə neytral ötürməyə atırdı. Belə bir problemli gündə ikinci olmağa çox şadam”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 252
Teqlər
Paylaş

logo