11 Dekabr 2017, Bazar ertəsi - 08:01

M.Ferstappen: “Kimiyə görə məyusam”

M.Ferstappen: “Kimiyə görə məyusam”

Müəllif: Rauf Hacıyev, redaktor

08:11 - 29 May, 2017

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Rəykkönenə görə çox məyusdur.

F-1.az xatırladır ki, Rəykkönen yarışa pouldan başlasa da, Ferrari-nin strategiyasına görə qələbəni əldən verərək, ikinci olub. Yarışdan sonra məyus görünən finlandiyalı sürücü birbaşa podiuma yollanıb və hətta qələbə qazanan komanda yoldaşı Fetteli soyuq formada təbrik edib.

Ferstappen isə podiuma yüksəlmək üçün pitə erkən gəlsə də, çıxışda traffikə düşüb və nəticədə 5-ciliyə razı olub. Əvəzində komanda yoldaşı Daniel Rikkardo podiumun son pilləsinə yüksəlib.

Maks Ferstappen: “Kimi həm sıralanmada, həm də yarışda çox güclü idi. Onun üçün məyusam. Amma idmanda belə şeylər olur. Mənim üçün də pis gün oldu, lakin sonrakı yarışda güclü olacam. Nəticə pisdir, amma nə edə bilərəm? Heç nəyi dəyişmək mümkün deyil. Erkən pit-stop gözləmirdim. Saynsın arxasında vaxt itirdim və bütün yarışım boz bolidin arxasında keçdi. Pit-stopda vaxt itirdik. Bottasa yarım saniyə uduzdum. Məyusam, ancaq əlimdən heç nə gəlmir. Ümid edirəm ki, növbəti yarışda güclü olarıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 627
Teqlər , , , , , , ,
Paylaş

logo