M.Ferstappen: “İlk qələbəm Kroyfu xatırlatdı”

Maks Ferstappen Hollandiyada "İlin İdmançısı" mükafatına layiq görülüb.

F-1.az xatırladır ki, 19 yaşlı sürücü 2016-cı il mövsümünə Toro Rosso komandasında başlasa da, mövsümün 5-ci yarışı olan İspaniya QP-dən əvvəl Red Bull komandasına transfer olunmuşdu. Hollandiyalı sürücü yeni komandasındakı debüt yarışında Ferrari-ləri geridə qoyaraq yarışı qazanmış və Formula1 tarixinin ən gənc qalib gələn və ən gənc podiuma yüksələn sürücüsü olmuşdu. Ferstappen bundan başqa Formula1-də qalib gələn ilk hollandiyalı sürücü olmuşdu.

Ferstappen mükafat təqdim olunarkən mərasimdə olmadığl üçün mükafatı sabiq F1 sürücüsü Yan Lammers alıb. Amma Ferstappen video mesaj vasitəsilə öz ürək sözlərini izləyicilərə çatdırıb: “Çoxlu hadisələrin yaşandığı bir mövsüm keçirdim. Amma qazandığım qələbəni hər zaman xatırlayacam. Çox emosional an idi. Uğur qazanmaq üçün erkən yaşlardan öz üzərimdə işləyirəm. Zənn edirəm ki, buradakı insanlar məni anlayarlar”.

Maks Ferstappen bu ilin mart ayında vəfat edən və Barselonadakı mövsümöncəsi testlər zamanı yanına gələn hollandiyalı futbol ulduzu Yohan Kroyfdan da danışıb: “Onunla tanış olduğum üçün xoşbəxt idim. Qələbə qazanandan sonra bu daha da emosiyallaşdı”.

Ayaks komandası 2007-ci ildə Kroyfun istifadə etdiyi 14 nömrəni əbədiləşdirmişdi. Ferstappen bu barədə də danışıb: “Kroyfun kitabını oxudum. Rəqəmləri sevdiyini yazmışdı. Mənim qələbə qazandığım yarış 1 saat 41 dəqiqə 41 saniyə davam etmişdi. İki ədəd 14 var. Buna görə də bu qələbə mənim üçün xüsusidir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*