17 Dekabr 2017, Bazar - 12:09

M.Ferstappen: “Hunqarorinqi sevirəm”

M.Ferstappen: “Hunqarorinqi sevirəm”

Müəllif: Rauf Hacıyev, redaktor

16:07 - 17 İyul, 2016

Maks Ferstappen keçən il gözəl performans göstərdiyi Macarıstan QP-də yarışmağı sevdiyini deyib.

F-1.az xatırladır ki, Ferstappen keçən il Macarıstanda güclü performans göstərmişdi və 4-cü yeri tutmuşdu. Red Bull komandasının sürücüsü son iki yarışda podiuma çıxıb və ard-arda 3-cü dəfə podiuma çıxmaq istəyir.

Maks Ferstappen: “Budapeşt gözəl şəhərdir. Biz gedəndə hər şey çox gözəl və isti olur. Orada sürməkdən həmişə həzz almışam. Hunqarorinq kiçik tras olduğu üçün bizə kartinq yarışlarını xatırladır. Təbii ki, trasın döngələrini dönmək çətin olur. Dincəlmək üçün yer yoxdur və bu, işləri çətinləşdirir. Trasın ikinci hissəsini çox sevirəm. Döngəyə girəndə apeksi düzgün tutmalısınız. Beləliklə, növbəti döngə üçün əlverişli mövqedə ola bilərsiniz”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 93
Teqlər ,
Paylaş

logo