25 Sentyabr 2018, Çərşənbə axşamı - 09:11

M.Ferstappen Honda-ya güvənmir?

M.Ferstappen Honda-ya güvənmir?

Müəllif: Rauf Hacıyev, redaktor

12:16 - 31 Avqust, 2018

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Honda motoru ilə ən yaxşı halda 2020-ci ildə çempion ola bilərlər.

F-1.az xatırladır ki, “qırmızı öküzlər” gələn ildən Honda mühərriklərinə keçirlər.

Maks Ferstappen: “Onlarda az hallarda problem görürük. Honda çox ciddi şirkətdir. İndidən stend üzərində işləməyə başlayıblar. Gələn ilə hazır olmaq üçün bizimlə əlaqə saxlayırlar. Çox motivasiyalıdırlar və testlərdə uzun məsafə qət etmək istəyirlər.

Hamı çempionluq uğrunda mübarizə aparmaq istəsə də, bu, çətindir. Yaxşı inkişaf etməliyik. Ümud edirəm ki, gələn ilin sonunda rəqiblərimizə yaxın olarıq. 2020-ci ildə isə çempionluğa oynamalıyıq. Məncə, 2019-cu il yaxşı olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 73
Teqlər , ,
Paylaş

logo