M.Ferstappen: “Həzz aldım”

Red Bull komandasının sürücüsü Maks Ferstappen qalib gəldiyi Avstriya yarışından həzz alıb.

F-1.az xatırladır ki, Mercedes komandasının sürücüləri ilə Rikkardonun mübarizəni dayandırdığı yarışda hollandiyalı sürücü qüsursuz performans göstərib və komandasına ilk dəfə ev trasında qələbə gətirib.

Maks Ferstappen: “Möhtəşəm yarış idi. Təkərlərə nəzarət etmək çətin idi. Onlarla mübarizə aparırdım. Sona qədər hər şeyə nəzarət etməli oldum. Öz ev trasımızda, bu cür fanların qarşısında qalib gəlmək əla idi. Ardıcıl yarışlar davam edir. Gözəl nəticələr almaq bizi də xoşbəxt edir. Turnir cədvəlində öndəki rəqiblərlə xalları azaltmağa davam edəcəm. Ümid edirəm ki, Silverstounda işlər qaydasında gedər və oradan da gözəl xallarla ayrıla bilərik. İndi isə qələbəni qeyd etmək lazımdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*