M.Ferstappen: “Hər yarış güclənirik”

Yaponiya yarışında mükəmməl performans göstərərək 2-ci olan Maks Ferstappen bildirib ki, hər həftə inkişaf edirlər.

F-1.az xatırladır ki, hollandiyalı sürücü yarışın sonunda Həmiltona yaxınlaşsa da, hücum etmək şansı olmayıb.

Maks Ferstappen: “Gözəl bir günü geridə qoyduq. Suzukanı çox sevirəm və burada keçən il də podium qazanmışdım. Tempimiz yaxşı idi. Yarışın əvvəlində SuperSoft təkərlərlə zəif idik, amma Soft təkərlərə keçəndən sonra özümü yaxşı hiss etdim. Buna görə də Lyuisdən geri qalmamağa çalışdım və bunu bacardım. Hücum etmək istərdim, amma o qədər yaxınlaşa bilmədim. Son yarışlardakı nəticələr inkişafımızı göstərir. Bu, komandadakı işçilərin uğurudur. Hamısına təşəkkür edirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*