19 Sentyabr 2017, Çərşənbə axşamı - 15:42

M.Ferstappen: “Hədəfimizə çatdıq”

M.Ferstappen: “Hədəfimizə çatdıq”

Müəllif: Rauf Hacıyev, redaktor

06:18 - 11 İyun, 2017

Red Bull komandasının sürücüsü Maks Ferstappen Kanadada sıralanma turunu dəyərləndirib.

F-1.az xatırladır ki, hollandiyalı sürücü sıralanma turunda 5-ci yeri tutaraq, komanda yoldaşı Rikkardonu qabaqlayıb.

Maks Ferstappen: “Beşinci yer ən yaxşı ehtimal idi. Monreal bizim üçün ideal tras deyil. Mercedes və Ferrari burada bizdən güclüdürlər. Son sərbəst yürüşlərdən sonra çox işlədik və bolidi sıralanma turuna hazırlaya bildik. Beşinci yer hədəf idi və əldə etdiyimiz üçün çox sevinirəm. Həmişə ən yaxşısını hədəfləyirik və bu dəfə poul bizim hədəfimiz deyildi.

Düşünürəm ki, yarış performansımız yaxşı olacaq. Startda yerimizi qoruya bilsək, strategiya ilə öndəki rəqiblərimizi qabaqlaya bilərik. Bolidi təkmilləşdirməyə davam edirik və hamı bunun üçün əlindən gələni edir. Monreal düzlüklərdən boldur. Buna görə də güclü mühərriyiniz olmalıdır. Belə olan halda, rəqiblərimizdən geridə qalırıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 67
Teqlər , , ,
Paylaş

logo