M.Ferstappen Ferrari-yə keçir?

Red Bull komandasının gənc sürücüsü gələn mövsüm Ferrari komandasına transfer oluna bilər.

F-1.az xatırladır ki, artıq transfer söz-söhbətləri qızışıb.

Həm Ferstappen, həm də Rikkardo bu il Red Bull komandasının çempionluq uğrunda mübarizə apracağını gözləyirdilər. Lakin Mercedes və Ferrari mövsümə mükəmməl başlayaraq, ilk 7 yarışda qələbələri aralarında bölüşdürüblər. Avstriyalılar hazırda lider Mercedes-dən 110 xal geridədirlər.

Həm Ferstappenin, həm də Rikkardonun Red Bull-la 2018-ci ilin sonuna qədər müqavilələri olsa da, Sky Sport-dan Ted Kravits bildirib ki, hollandiyalı sürücü gələn il Ferrari-də Rəykköneni əvəz edə bilər: “Ferstsppen hazırda xoşbəxt deyil. Eynilə atası Yos da. Sürücülər çempionluq uğrunda mübarizə apara bilmədikləri üçün Helmut Marko ilə mübahisələr edirlər. Ferstappen gələn il növbəti səviyyədə yarışmalıdır. Red Bull deyir ki, bütün kartlar bizim əlimizdədir. Sürücülər bizi buraxa bilməz, ancaq biz buraxarıq deyirlər. Amma bu hal Fettelin Ferrari-yə keçidi zamanı reallaşmadı.

Əgər Ferrari Ferstappeni transfer etmək istəsə, hollandiyalı gedəcək. Ferstappen çempion olmaq üçün səbirsizlənir, çünki bilir ki, Red Bull 2020-ci ildəki reqlament dəyişikliyinə qədər çempionluq uğrunda mübarizə apara bilməyəcək. Ferstappenin müqaviləsi ola bilər, lakin Kristian Horner “bir sürücü sizin üçün sürmək istəmirsə, onu məcbur edə bilməzsiniz” deyirdi”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*