19 Noyabr 2017, Bazar - 08:56

M.Ferstappen Ferrari ilə tərəfdaşlıqdan razıdır

M.Ferstappen Ferrari ilə tərəfdaşlıqdan razıdır

Müəllif: Elçin Zodorov, redaktor

15:11 - 27 Fevral, 2016

Maks Ferstappen Ferrari mühərriklərinin komanda üçün çox yaxşı olduğunu düşünür.

F-1.az xatırladır ki, Toro Rosso Ferrari ilə razılığa əsasən, keçən ilin mühərriklərindən istifadə edir. Keçən il isə komanda Renault mühərrikləri ilə təchiz olunmuşdu. Olduqca yaxşı şassiyə sahib olsalar da, Renault mühərrikləri ilə az xal qazana bilmişdilər.

Mak Ferstappen: “Uzun müddətdən sonra ilk dəfə etibarlılıq problemi ilə üzləşmədik. Kifayət qədər məsafə qət etdik. Etibarlılıq ən vacib amildir. Biz maşını və mühərriyi yaxşı öyrənməliyik ki, ondan istədiyimiz nəticəni ala bilək. Ferrari mühərriyi bizim üçün çox yaxşıdır. Onlarla münasibətimiz də yaxşıdır. Qarşılıqlı şəkildə bir-birimizə kömək edirik”.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 285
Teqlər , ,
Paylaş

logo