18 Noyabr 2017, Şənbə - 16:00

M.Ferstappen: “Ən yaxşı sürücülər Alonso və Həmiltondur”

M.Ferstappen: “Ən yaxşı sürücülər Alonso və Həmiltondur”

Müəllif: Elçin Zodorov, redaktor

15:34 - 26 Oktyabr, 2016

F-1.az xəbər verir ki, hollandiyalı gənc sürücü çempionatdakı vəziyyət və bəzi təcrübəli sürücülər barədə fikirlərini bölüşüb.

Maks Ferstappen: “Həmiltonun çempionluq mübarizəsini son yarışa qədər davam etdirəcəyinə əminəm. Niko çempionluğa çox yaxın görünsə də, deyə biləcəyim yeganə şey Lyuisin çox sürətli olmasıdır. O, heç vaxt mübarizədən əl çəkməyən böyük döyüşçüdür. Çempionun son yarışda bəlli olacağına inanıram. Amma bu, Nikonun sürətli olmadığı mənasına gəlmir. Fernando və Lyuis hazırda ən yaxşı sürücülərdir. Amma mən Maks Ferstappenəm və sürüş stilim Lyuisinkinə daha çox bənzəyir”.

Əgər Mercedes AMG-də olsaydı, Həmiltonla mübarizə apara bilib-bilməyəcəyi barədə suala Maks belə cavab verib: “Əlbəttə, aparardım. Bir sürücünün ehtiyacı olan əsas şey özünəinamdır. Bu, məndə var və mübarizə apara bilərəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 137
Teqlər , ,
Paylaş

logo