M.Ferstappen: “Daimi stüardlar lazımdır”

Red Bull komandasının sürücüsü Maks Ferstappen stüardlardan şikayət edir və daimi stüardların olmasını istəyir.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Amerika yarışında Rəykköneni trası kəsərək keçmiş və nəticəsinə 5 saniyə əlavə edilmişdi. Bundan sonra 20 yaşlı sürücü stüardları sərt tənqid etmişdi.

Maks Ferstappen: “Stüardlar qeyri-stabil işlər görürlər və əksər sürücülər bundan narazıdır. Məncə, hər yarışda eyni stüard briqadası olmalıdır. Beləliklə, qərarlar stabil olar. Fərqli insanlar fərqli qərarlara gəlirlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*