25 Sentyabr 2018, Çərşənbə axşamı - 09:12

M.Ferstappen: “Çin daha çətin olacaq”

M.Ferstappen: “Çin daha çətin olacaq”

Müəllif: Rauf Hacıyev, redaktor

17:12 - 06 Aprel, 2017

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Çin-də Ferrari və Mercedes-lə fərq daha çox arta bilər.

F-1.az xatırladır ki, 19 yaşlı sürücü Avstraliya QP-nin sıralanma turunda Həmiltondan 1.3 saniyə geri qalmış və yarışın yekununda Ferrari və Mercedes sürücülərindən sonra 5-ci ola bilmişdi.

Maks Ferstappen: “Ferrari və Mercedes-lə arada olan fərq burada da çoxala bilər. Birinci yarışdan sonra bolidin balansı ilə bağlı problemləri qismən həll etdik. Amma asfaltla ilişmə və güc olaraq digərlərindən geridə qalırıq. Cümə günündən etibarən doğru sazlanmaları tapıb rəqabətədavamlı olmağa çalışacağıq. Düzlüklərdə geridə qalacağıq, amma bu çatışmazlığı başqa formada bağlamalıyıq.

Tezliklə yeni detalları təkmilləşdirib bolidi rəqatədavamlı hala gətirməyə çalışırıq. Ön qrupla olduğu kimi arxa qrupla da aramızda çox fərq var. Albert Parkda əlavə bir pit-stop etsəydim, yerimi qoruyardım. Görək Şanxayda nə olur. Ümid edirəm ki, gözlədiyimizdən sürətli olarıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 619
Teqlər , , ,
Paylaş

logo