M.Ferstappen: “Çempionluq mümkünsüzdür”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, çempionluq üçün real şansları yoxdur.

F-1.az xatırladır ki, Red Bull komandası bu ilə gözləniləndən pis başlayıb və 6 yarışda cəmi 3 dəfə podiumun son pilləsinə yüksələ bilib. Ferrari və Mercedes komandaları isə hərəyə 3 dəfə qalib gəliblər.

Maks Ferstappen: “Bu mövsüm gözlədiyimiz kimi başlamadı. Öndəki rəqiblərimizdən bu qədər geridə olmağı gözləmirdik. Çempionluq şansımızın olduğunu demək doğru olmaz. Əgər mövsümün sonuna qədər aradakı fərqi bağlaya bilsək, uğurlu nəticə qazanmış olarıq. Məqsədimiz hər yarış bacardığımız qədər çox xal toplamaqdır. Boliddə daha çox asfaltla ilişmə tapmalıyıq. Əgər bu problemi həll etsək, bolidi sürmək asanlaşacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*