20 Noyabr 2017, Bazar ertəsi - 13:34

M.Ferstappen: “Çempionlar divarına diqqətlə yanaşmalıyıq”

M.Ferstappen: “Çempionlar divarına diqqətlə yanaşmalıyıq”

Müəllif: Rauf Hacıyev, redaktor

14:09 - 03 İyun, 2017

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Kanadada həmişə güclü azarkeş dəstəyi olur və orada yarışmaqdan həzz alır.

F-1.az xatırladır ki, hollandiyalı sürücü keçən il Kanadada mükəmməl performans göstərərək, 4-cü pilləni tutmuşdu.

Maks Ferstappen: “Kanadada həmişə mükəmməl atmosfer olur. Xüsusən də, ilk iki döngəni dönəndə fanların enerjisini yaxşı hiss edirsiniz. Trasdakı ən sevdiyim yer isə şikanadır. Uzun düzlükdən sonra ani bir əylənmə olur və bu əsnada əyləclər soyuq olduğu üçün sürücülərə çox güc düşür. Keçən il orada Niko ilə gözəl mübarizəmiz olmuşdu. Əgər oraya öndə girsəniz, hər şey yaxşı olur. Çempionlar divarına diqqətlə yanaşmalıyıq. Keçmişdə burada çox sürücünün asılqanı zədələnib. Ümid edirəm ki, gözəl yarış olar. Monrealı çox sevirəm və buradakı fanlarıma gözəl şou nümayiş etdirmək istəyirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 781
Teqlər , , ,
Paylaş

logo