11 Dekabr 2017, Bazar ertəsi - 13:22

M.Ferstappen: “Bundan yaxşısı mümkün deyildi”

M.Ferstappen: “Bundan yaxşısı mümkün deyildi”

Müəllif: Rauf Hacıyev, redaktor

18:05 - 01 May, 2017

Yarışın əksər hissəsində tək qalaraq 5-ci yeri tutan Maks Ferstappen bildirib ki, bundan yaxşı nəticə qazanmaq mümkünsüz olub.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Rusiya yarışına 7-ci yerdən başlasa da, gözəl startla Massa və Rikkardonu qabaqlayaraq, yarışı lider Bottasın bir dəqiqə gerisində – 5-ci yerdə bitirmişdi.

Maks Ferstappen: “Bilirdik ki, start yarışın geri qalanı üçün çox vacibdir və mən də yaxşı start aldım. Felipe və Rikkardonu keçdikdən sonra yarışı təkbaşına keçirdim. Öndəki bolidlər məndən uzaqlaşırdılar və mən də arxadakılarla fərqi artırırdım. Bir müddətdən sonra isə yarışın bitməsini gözlədim. Yarışdan əvvəl problem yaşasaq da, mexaniklər bolidi vaxtında hazırlaya bildilər. Onlara da təşəkkür edirəm. SuperSoft təkərlərlə tempimiz yaxşı idi və bu, yarışın yeganə müsbət tərəfi idi. Barselonaya yeniliklərlə gedəcəyik və orada rəqabətədavamlı olmağa ümid edirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 373
Teqlər , , ,
Paylaş

logo