M.Ferstappen Braziliyada yağış istəyir

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Braziliyada yağış yağmasını istəyir.

F-1.az xatırladır ki, hollandiyalı sürücü son 4 yarışda 2 qələbə qazanıb.

Maks Ferstappen: “Son yarışlarda güclüyük və Braziliyada aqressiv olacağıq. Keçənilki yarışdan həzz almışdım. Çoxlu ötmələr edərək, podiuma yüksəlmişdim. Start düzlüyünə çıxanda çətinlik çəksəm də, bolidi saxlaya bilmişdim və daha sonra hər şey daha gözəl olmuşdu. Eyni ssenarinin bu il də təkrarlanmasını istəyərəm. Bu tras güclü olduğumuz yerlərdən deyil və buna görə də yağışın hesabına üstünlük qazanmaq istəyirik. Ümid edirəm ki, gözəl yarış olar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*