18 Noyabr 2018, Bazar - 12:34

M.Ferstappen: “Bolidlər bütün yarışlarda 5 saniyə sürətli olmayacaqlar”

M.Ferstappen: “Bolidlər bütün yarışlarda 5 saniyə sürətli olmayacaqlar”

Müəllif: Rauf Hacıyev, redaktor

17:12 - 02 Aprel, 2017

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, bolidlər bütün yarışlarda 5 saniyə sürətli olmayacaq.

F-1.az xatırladır ki, yeni mövsümdə təkərlərin eninin 25 faiz artması ilə bolidlərdə asfaltayatma qüvvəsi çoxalıb və dövrəvi nəticələr təxminən 5 saniyə yaxşılaşıb. Lyuis Həmiltonun Melburndakı poul nəticəsi 2015-ci ilə nisbətən 4.2 saniyə yaxşılaşıb.

Maks Ferstappen
: “Nəticələr hər yarışda 5 saniyə yaxşılaşmayacaq. Bu trasdan da asılıdır. Bəlkə, Barselonada nəticələr 5 saniyədən daha çox təkmilləşər, amma Montsada daha yavaş dövrələr görə bilərik. Daha aqressiv bolidlərlə yarışmaq çox əyləncəli olur. Xüsusən də, sıralanmada boş çənlə sürərkən döngələrdə sürəti daha yaxşı hiss edirsiniz. Amma yeganə problem bolidin idarəetməsini itirəndə onu bərpa edə bilməməkdir. Buna görə də xırda bir səhvə belə yer yoxdur. Əgər bolidi trasda tuta bilsəniz, sürmək çox əyləncəli olur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 909
Teqlər ,
Paylaş

logo