25 Sentyabr 2018, Çərşənbə axşamı - 09:11

M.Ferstappen: “Bolidin potensialı var”

M.Ferstappen: “Bolidin potensialı var”

Müəllif: Rauf Hacıyev, redaktor

13:11 - 03 Aprel, 2017

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, ən sürətli 3-cü komanda olduqlarına təəccüblənməyib.

F-1.az xatırladır ki, Red Bull həm qış testlərində, həm də Avstraliyada Ferrari və Mercedes-dən zəif təsir bağışlamışdı. Bundan başqa komandada ciddi etibarlılıq problemləri də var. Belə ki, Rikkardo yarışı mühərrik probleminə görə vaxtından əvvəl bitirmiş, Ferstappen isə yarışın sonunda əyləclə bağlı problemlər yaşamışdı.

Amma komandanın 19 yaşlı sürücüsü Maks Ferstappen bu problemləri dramatikləşdirmir: “Burada heç nəyi dramatikləşdirmək lazım deyil. Bilirdik ki, mövsümə başlayacağıq. İlk yarışda 5-ci olaraq xal almaq gözəl idi. Bolidin yaxşı potensialı var və rəqiblərimizə nisbətən tez inkişaf edəcəyik. Narahat deyiləm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 325
Teqlər , , ,
Paylaş

logo