M.Ferstappen: “Bolidimiz güclənib”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, bolidləri bu il daha güclüdür.

F-1.az xatırladır ki, hollandiyalı sürücü cümə axşamı sərbəst yürüşlərində komanda yoldaşı Rikkardodan 0.194 saniyə geri qalaraq 2-ci olub.

Maks Ferstappen: “Sıralanma turunda Ferrari və Mercedes rejimlərin hesabına bizə yaxınlaşacaq. Amma inanıram ki, daha güclü olacağıq. Hər şey çox yaxşı idi. Çox problemimiz olmadı. Buranın şəhər tipli tras olması da bizə kömək edir. Bolid keçənilkinə nisbətən daha yaxşıdır. Bu hal bizə kömək edər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*