23 Sentyabr 2017, Şənbə - 18:51

M.Ferstappen: “Bolidi komandanın istədiyi yerdə saxladım”

Müəllif: Rauf Hacıyev, redaktor

08:36 - 24 Oktyabr, 2016

Maks Ferstappen ikinci pit-stopdan sonra mexaniki problemə görə yarışı vaxtından əvvəl dayandırıb. Hollandiyalı bildirib ki, bolidi komandasının istədiyi yerdə saxlayıb.

F-1.az xatırladır ki, Ferstappen ikinci pit-stopa xəbərsiz gələrək, çoxlu vaxt itirib. 18 yaşlı sürücü daha sonra ötürmələr qutusu ilə bağlı problem yaşayıb. Hollandiyalı bir müddət yoluna yavaş tempdə davam etsə də, daha sonra bolidini kənara çəkib saxlayıb. Bu vaxt virtual təhlükəsizlik maşını rejimi elan olunub və bolid uzun müddət təxliyə edilə bilməyib. Virtual təhlükəsizlik maşını rejimində pitə gələn Mercedes sürücüləri ilk iki yerdə qərarlaşıblar və bununla da Rikkardonun ikincilik şansları əldən gedib.

Maks Ferstappen: “Bolidi daha tez və təhlükəsiz bir yerdə saxlaya bilərdim, amma komanda mənə dedi ki, problem ciddi deyil və davam etməlisən. Daha sonra mənə “yaxşı, Maks, maşını burada saxla” dedilər.

Bolid neytral ötürmədə idi, amma getmirdi. Şassinin üzərindəki düyməyə basıb, itələmək istəsək də, alınmadı. Buna görə də virtual təhlükəsizlik maşını rejimi elan olundu. Elə olmasaydı, bolidi boşluğa itəliyə bilərdik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 100
Teqlər , ,
Paylaş

logo