26 Sentyabr 2018, Çərşənbə - 03:31

M.Ferstappen batareya problemi yaşayıb

M.Ferstappen batareya problemi yaşayıb

Müəllif: Rauf Hacıyev, redaktor

08:10 - 07 Mart, 2018

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, yaşadıqları problemin səbəbi batareya olub.

F-1.az xəbər verir ki, ikinci qış testlərinin ilk günündə RB14-ün sükanı arxasına Daniel Rikkardo keçməli idi, lakin avstraliyalı sürücü özünü pis hiss etdiyi üçün sükan arxasında Ferstappen işləməli olub.

Hollandiyalı sürücü gün ərzində 127 dövrə vuraraq 3-cü yeri tutub. Lakin 114-cü dövrəsinə başlayarkən bolidi dayandırmalı olub.

Maks Ferstappen: “Batareya ilə bağlı kiçik problem yaşadıq. Onu dəyişdirməli olduq. Daha sonra hər şey yaxşı idi. Çox dövrə vurmaq vacib idi. Bu gün onu etməyə çalışdıq və işə yaradı. Bolidin balansını anladıq. Çox şeyi test etdik. Çoxlu detallar sınadıq və necə işlədiklərini anladıq.

Real gücümüzü bilmirəm. Söz demək üçün çox tezdir və buna görə də heç bir proqnoz verməyəcəm. Komandaların əsl gücünü Melburnda görəcəyik.

Bolid yaxşı hiss etdirir. Amma təkərlər və asfalt qatı dəyişilib. Məncə, Red Bull keçən ildən güclüdür. Digər komandaların hansı proqram üzrə işlədiyini bilmirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 162
Teqlər ,
Paylaş

logo