M.Ferstappen: “Axmaq cəzalar idmanı öldürür”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, axmaq cəzalar idmanı öldürür.

F-1.az xatırladır ki, yarışın son dövrəsində 3-cü yer uğrunda mübarizədə Ferstappen daha təzə təkərlərlə Rəykkönenə hücumlar etmiş və 17-ci döngədə trası kəsərək rəqibini keçdiyi üçün yekun nəticəsinə 5 saniyə əlavə edilmişdi.

Maks Ferstappen: “Doğrudan da, əla yarış çıxartdıq, amma axmaq qərarlar idmanı öldürür. Orada axmaq bir stüard var və həmişə mənim əlehimə qərarlar verir. Hamı trası kəsir. 9-cu döngəni geniş radiusla dönə bilirsiniz, 19-cu döngəni kəsirsiniz, amma heç kim bir söz demir. Bu, Bottas üçün də keçərlidir. Ona hücum etdim və tras xaricinə çıxaraq davam etdi. Onu yenidən keçməli oldum. Ancaq ona cəza verilmədi. Bu, idman üçün yaxşı hal deyil. Qaydaları daha açıq-aydın etməlidirlər.

Stüardlar qərar verirlər və onlara qarşı heç nə edə bilmirik. Bu qəribədir. Nə edə bilərik? Qaydaları biz təyin etmirik. Hamı bunu sevir. Əla mübarizə olur. Porebrikin 5 və ya 10 sm xaricinə çıxırsınız. Cəza verirlər və yarışı öldürürlər. Siz nə boyda auditoriyanın önündə birini podiumdan göndərirsiniz. Bu, fanlar üçün yaxşı hal deyil”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*