16 Avqust 2018, Cümə axşamı - 10:06

M.Ferstappen atasını niyə dinləmir?

M.Ferstappen atasını niyə dinləmir?

Müəllif: Rauf Hacıyev, redaktor

19:04 - 29 Yanvar, 2018

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Formula1-də çıxış etdiyi üçün atası Yos Ferstappenə sonsuza qədər minnətdar qalacaq.

F-1.az xatırladır ki, hollandiyalı sürücü 2015-ci ildə idmana gəldikdən sonra əksər rekordları alt-üst edə bilib və 19 yaşlı sürücü gələcəyin çempionlarından sayılır.

Maks Ferstappen: “Atamla bəzən fikirlərimiz üst-üstə düşmür və sonda o haqlı çıxır. Bu 9/10 halda belə olur. Buna görə onun fikirlərinə güvənirəm. İkimizin də böyük eqosu var, amma bu, bizim qanımızdadır və bu səbəbdən Formula1-dəyik. Belə olmasaydı, hələ də kartinqdə yarışırdıq. Ona güvənsəm də, bəzən öz düşüncəmlə hərəkət edirəm. Məsələn, keçən il Malayziya yarışı. Yeni detallar gətirilmişdi, amma Danieldə işləmədi. Bütün çətinliklərə baxmayaraq, onları istifadə etməyə qərar verdim. Sərbəst yürüşlərdə detallar işləməmişdi. Lakin bunları sıralanma turunda istifadə etmək istədim. Atam mənə dedi ki, yeni detallardan istifadə etməməlisən. Mən isə öz qərarıma sadiq qaldım. Nəhayət, onları işlədə bildim və sıralanma turunda 3-cü oldum. Bolid üçün əla nəticə idi. Daha sonra atamın yanına gedib – “sənə demişdim, axı” – dedim. Əlbəttə, güldü və xoşbəxt idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 150
Teqlər , ,
Paylaş

ucuz paykasa paykasa bozdurma
logo