M.Ferstappen: “Aqressiv deyiləm”

Maks Ferstappen komandasına qarşı aqressiv olduğu ilə bağlı xəbərləri təkzib etmək üçün radio vasitəsilə danışarkən daha diqqətli olacaq...

F-1.az xatırladır ki, Amerika yarışında mühəndisi Ferstappenə təkərləri qorumalı olduğunu demişdi, amma 19 yaşlı sürücü yarış mühəndisinə sərt cavab qaytararaq, diqqətləri üzərinə cəmləmişdi.

Hollandiyalı sürücü mühəndisinə – “buraya 4-cü olmaq üçün gəlməmişəm” cavabını vermişdi.

Maks Ferstappen: “Mən nə vaxt radio vasitəsilə danışsam, bu, televiziyada yayımlanır. Buna görə də, bəzən aqressiv görünürəm. Xüsusən də, “buraya 4-cü olmaq üçün gəlməmişəm” mesajı o formada görünə bilər. Ancaq orada ağlıma o gəldi, çünki orada 4-cü olmaq üçün yarışmıram. Mən yarışçıyam və qələbə qazanmaq üçün trasa çıxıram. Amma kənardan baxanda, aqressiv və komandanı dinləməyən təəssüratı yarada bilərəm. Amma o mesaj komandaya deyildi.

Onlar həmişə bizə kömək etmək istəyirlər. Buna görə də onların mesajlarının lazımsız olduğunu deyə bilmərəm. Daha yaxşı işlər görməyə çalışacayıq”.

Ferstappen zarafatla qeyd edib ki, radio düyməsini ləğv etməyi planlaşdırır: “Radio ilə danışmamaq üçün o düyməni ləğv edəcəm. Mən sürücü kimi həmişə daha yaxşı yerlər tutmaq istəyirəm. Ötmə etmək istəyirdim və Rəykköneni keçə bildim. Nikonu isə keçə bilmədim. Sol ön təkəri zədələdim, amma o qədər də pis vəziyyətdə deyildi.

Heç nə deməməyim daha yaxşı olar, çünki onda müzakirələr olur. Artıq uzun cümlələr qurmayacam”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*