M.Ferstappen: “0.3 saniyə güclənməliyik”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, vahid dövrədə Mercedes-ə 0.3 saniyə yaxınlaşmalıdırlar.

F-1.az xatırladır ki, avstriyalı komanda keçən il vahid dövrədə həm Ferrari-yə, həm də Mercedes-ə uduzurdu.

Maks Ferstappen: “Öndəki rəqiblərə yaxın olmalıyıq. Əgər sıralanma turunda 0.3 saniyə yaxınlaşsaq, yarışları qazana bilərik. 2017-ci ilin ilk yarışı ilə son yarışı arasında bolidimizdə böyük fərq var idi və çox yaxşı inkişaf etdiyimizi düşünürəm. Belə davam etsək, uğurlu nəticələr ala bilərik. Testlərdə yarış tempində işləyərkən özümü yaxşı hiss edirəm. Təbii ki, proqnoz vermək asan deyil. Onsuz da testlərdə ən sürətli dövrəni vurmaq uğur qazanmaq deyil. Mümkün qədər çox şey öyrənməkdir. Biz də çox dövrə vuraraq, bunu təmin etdik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*