16 Dekabr 2017, Şənbə - 20:51

M.Eriksson Sauber-də qalacaq

M.Eriksson Sauber-də qalacaq

Müəllif: Rauf Hacıyev, redaktor

14:03 - 17 İyul, 2016

Sauber komandasının sürücüsü Markus Eriksson gələn il də komandada qala bilər…

F-1.az xatırladır ki, Eriksson keçən il gözlənilmədən Sauber-ə transfer olunmuşdu və bu mövsüm komanda yoldaşı Nasrdan daha sürətli görünür. İsveç mətbuatınnın verdiyi xəbərə əsasən, Erikssonun əsas sponsorlarından olan Tetra Pak şirkəti Sauber komandasını almağa hazırlaşır. Əgər bu müqavilə baş tutsa, isveçli sürücü komandada qalacaq.

Markus Eriksson: “Mövsüm bizim üçün çətin keçir. Maddi problemlərə görə hər yarış eyni bolidlə yarışırıq və işlər istədiyimiz kimi getmir. Bu mövzu üçün həll yolu tapdığım üçün xoşbəxtəm. Bu müqavilə ilə komanda daxilindəki atmosferin dəyişəcəyini hiss edirəm”.

Qeyd edək ki, komandanın gələn il də Eriksson və Nasrla davam edəcəyi gözlənilir…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 117
Teqlər , , ,
Paylaş

logo