16 Dekabr 2017, Şənbə - 14:58

M.Eriksson qəzadan sonra ağrılar hiss edir

M.Eriksson qəzadan sonra ağrılar hiss edir

Müəllif: Elçin Zodorov, redaktor

19:48 - 09 İyul, 2016

F-1.az xatırladır ki, Sauber komandasının sürücüsü Markus Eriksson 3-cü sərbəst yürüş seansının sonuna 20 dəqiqə qalmış Stowe döngəsində idarəetməni itirmiş və beryerlərə çırpılmışdı.

Hadisədən sonra xəstəxanaya aparılan Eriksson artıq oradan buraxılıb. Sabah yarışdan əvvəl müayinələrdən sonra onun yarışa çıxıb-çıxmayacağına aydınlıq gələcək.

Markus Eriksson: “Böyük qəza idi. Döngəyə geniş girdim və arxa təkər otluq əraziyə çıxdı. Beləliklə, idarəetməni itirdim və baş verənləri sadəcə izləyə bildim. Zərbə güclü idi. Tibb mərkəzinə getdim, amma qəzanın təsirinə görə xəstəxanaya aparmaq istədilər. Bir sıra yoxlamalardan keçdim və hər şey yaxşı görünür. Bir qədər ağrı hiss edirəm, amma vəziyyət yaxşıdır. Təbii ki, sıralanma turuna qatıla bilmədiyim üçün üzgünəm, amma əsas olan səhhətimdir. Bütün olanlara görə komandamdan üzr istəyirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 212
Teqlər , , ,
Paylaş

logo