12 Dekabr 2018, Çərşənbə - 22:49

M.Eriksson iki ildir su içmədən yarışıb

M.Eriksson iki ildir su içmədən yarışıb

Müəllif: Rauf Hacıyev, redaktor

14:02 - 30 İyul, 2018

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen sonuncu Macarıstan yarışında su problemi yaşayıb. Amma sonradan məlum olubku, Sauber komandasının sürücüsü Markus Eriksson iki ildir içki sistemi olmadan yarışır.

F-1.az xatırladır ki, Macarıstanda dünən trasın temperaturu 57 dərəcə idi. Ferrari-nin mexanikləri isə Rəykkönenin maşınına su balonu qoymağı bağlamağı unutmuşdular və finlandiyalı sürücü susuz yarışmalı olmuşdu. Amma sonradan məlum olub ki, Rəykkönendən başqa bir sürücü də belə yarışırmış.

Markus Erikssonun bolidində mövsüm ərzində su sistemi olmayıb. Sauber komandası isveçli sürücünün maşınının çəkisini azaltmaq üçün 1.5 kiloqramlıq sistemdən azad edib..

Markus Eriksson: “Bu yarış da daxil olmaqla 2 ilə yaxındır ki, içki sistemi olmadan yarışıram. Sistem təxminən 1.5 kiloqramdır. Ağırlığı azaltmaq üçün bundan istifadə etmək istəmirik. Bu, sürücülərin çəkilərinin bərabərləşdirilməsi üçün lazımi səbəblərdəndir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 143
Teqlər , , , , ,
Paylaş

logo